Reportyor.info 2 yaşında…

674 21-02-2020, 12:44 cemiyyet

Reportyor.info 2 yaşında…Bu gün – fevralın 21-i Reportyor.info xəbər portalının iki yaşı tamam olur. İki il müddətində portal böyük oxucu və izləyici auditoriyası toplayıb. Bu barədə Reportyor.info-nun Baş redaktor Arifə Əliyevaya saytımıza bildirib.

Baş redaktor deyib:
"Hər gün izləyicilərə operativ şəkildə ən son xəbərlər, video reportajlar təqdim etməklə populyarlıq qazanmaqda olan Reportyor.info daha rəngarəng, fərqli layihələrlə qarşınıza gəlməyi hədəfləyib.
Saytımız hər zaman vətəndaşların problemlərinin işıqlandırılmasında, qanunsuzluqların ictimailəşdirilməsində bir KİV olaraq fəallıq göstərir.Eyni zamanda oxucuları qərəzsiz, səhih informasiya ilə təmin etmək baxımından etibarlı məlumat mənbəyinə çevrilmişik."

Xeberdar.net olaraq saytın peşəkar komandasına və baş redaktor Arifə Əliyevaya uğurlar arzulayırıq!

Xeberdar.net

XƏBƏR LENTİ