Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO

1 636 20-04-2020, 12:25 sosial / cemiyyet

Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO
Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları daxili imkanları hesabına imkansız ailələrə, ahıl və tənha rayon sakinlərinə maddi və mənəvi köməklik göstərirlər.

Xeberdar.net'ə bu barədə Qobustan Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elman Mikayılov məlumat verib. Elman Mikayılov məlumatda bildirib ki, Ölkə başçısı İlham Əliyevin ölkə vətəndaşlarını həmrəyliyə çağırışına cavab olaraq Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları daxili imkanları hesabına imkansız ailələrə, ahıl və tənha rayon sakinlərinə maddi və mənəvi köməklik göstərirlər. Karantin müddəti dövründə Qobustan Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun və 50 saylı Qobustan-Abşeron seçki dairəsi üzrə Millət vəkili Şahin Seyidzadənin dəstəyi ilə rayon ərazisində yaşayan yaşı 65-dən yuxarı olan tənhalar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələrdə daxil olmaqla 915 ailəyə ərzaq yardımı edilmişdir. Həmçinin, rayon ərazisində yaşayan azsaylı xalqların nümayəndələrinə də yardım edilir. Bu ənənənin davamı olaraq 19 aprel 2020 - ci il tarixdə rayonun Xilmilli kənd " Molokan ruhani-xristian" dini icmasının üzvləri İcra hakimiyyətinin əməkdaşı Dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov tərəfindən Pasxa bayramı münasibətilə ziyarət edilmiş, ahıl və tənha icma üzvlərinə ərzaq sovqatı çatdırılmışdır. Ərzaqların ünvana çatdırılmasında Rayon könüllüləri Baba Ağayev və Daşqın Ağayev Eyni zamanda Təhsil Nazirliyinin "Bir tələbə" könüllüləri iştirak etmişdir. Elman Mikayılov bildirib ki, bu aksiyanı davam etdirəcəyik.
Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO
Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO
Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO

Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO
Qobustan Rayon İcra Hakimiyyətindən nəcib Təşəbbüs - FOTO
Həmçinin onu da bildirək ki, İcra hakimiyyətinin əməkdaşları prezidentin təşəbbüsünə qoşularaq, bir aylıq əməkhaqlarını "Koronavirusla mübarizəyə dəstək" fonduna bağışlamışdır.


#corona #aztəminatli #ailələr #dəstək #Qobustan

Xeberdar.net

XƏBƏR LENTİ