Millət Vəkili Qarabağ əlilinin dəfnində iştirak etdi -FOTO

771 3-05-2020, 23:13 cemiyyet

Millət Vəkili Qarabağ əlilinin dəfnində iştirak etdi -FOTO

Millət Vəkili Qarabağ əlilinin dəfnində iştirak edib
Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan I qrup Qarabağ əlili İlham Həsənov dünyasını dəyişib
.

Xeberdar.net xəbər verir ki, mərhum Sumqayıt şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, döyüşçü dostlarıyla yanaşı, Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP-ın Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Ceyhun Məmmədov bu barədə Facebook səhifəsində paylaşım edib. O bildirib ki, "Bu gün Soltanlı kənd sakini, I qrup Qarabağ əlili Həsənov İlham Seçki oğlunun dəfn mərasimində iştirak etdik. Mərhumun yaxınlarına bir daha baş sağlığı verir, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm."
Millət Vəkili Qarabağ əlilinin dəfnində iştirak etdi -FOTO


Allah rəhmət eləsin!

Xeberdar.net

XƏBƏR LENTİ