Teymur Mustafayevin ailəsindən iddia: “Koronavirusdan yox, şəkərli diabetdən ölüb”

678 12-06-2020, 13:40 cemiyyet

Teymur Mustafayevin ailəsindən iddia: “Koronavirusdan yox, şəkərli diabetdən ölüb”Ötən gün koronovirusdan vəfat etdiyi açıqlanan xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin ailəsi bildirir ki, mərhum sənətkar koronavirusdan ölməyib.

Xeberdar.net musavat.com-a istinadən xəbər verir ki, xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb:

"Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın”.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

XƏBƏR LENTİ