“Toylardan yox, narkomanlardan danışın, sabah bunlar bizə küçədə təcavüz edəcəklər…”

“Toylardan yox, narkomanlardan danışın, sabah bunlar bizə küçədə təcavüz edəcəklər…”“Toy barədə heç danışmaq istəmirəm. Pandemiyadan və şəhidlərimizdən sonra adam nifrət edir toydan danışmağa. Sadəcə işimiz budur ki, toya gedirik. Sabah mən də uşağıma toy etmək istəyirəm”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nüşabə Ələsgərli deyib. Müğənninin sözlərinə görə bu gün ölkədə müzakirə olunası daha ciddi problemlər var:

“Biri zəng vurub deyir ki, toya neçəyə gedirsiniz? İkincisi zəng vurub soruşur ki, qiymətləri qaldırmısınızmı? Xahiş edirəm, bu sualları yığışdırsınlar. Toydu da olanda gedirik, olmayanda yox. Toy barədə heç danışmaq istəmirəm. Pandemiyadan və şəhidlərimizdən sonra adam nifrət edir toydan danışmağa. Sadəcə işimiz budur ki, toya gedirik. Sabah mən də uşağıma toy etmək istəyirəm.

Məsələn, mənə narkotiklərdən sual verin danışım. Deyəcəksiniz ki, sizin mövzunuz deyil. Mən də bir anayam. Mən sizin sayt vasitəsilə Narkotiklərlə Mübarizə İdarəsinə sual vermək istəyirəm. Bizim sərhədlərimizdən quş quşluğuyla qanad çalıb uça bilmir. Bəs bu narkotiklər ölkəyə hardan gəlir, niyə bunun qarşısı alınmır?! Niyə bu gənclərimiz bədbəxt olurlar?! Sosial şəbəkələrdə, saytlarda narkotikdən istifadə edənlərin görüntüsünü görürük. Pis hala düşüblər. Bəs necə olacaq bizim uşaqlarımızın axırı?! Mən öldüm getdim. Bəs bu cavanlar və onlardan törəyənlərin axırı necə olacaq?! O Narkotiklə Mübarizə İdarəsinə sual verirəm ki, onların da balaları var. Axı bu narkotiklər onların da övladlarına zərbə vuracaq. Bəs hansı cəmiyyətdə yaşayacağıq? Bunlarla biz döyüşə çıxaq? Ola bilməz ki, sahə müvəkkiləri ərazilərində əkilən narkotiklərdən xəbərsiz olsunlar. Yalan deyirlər. Birinci elə o sahə müvəkkilərini həbs etməlidirlər. Bunlar hara baxırlar. Hər şeyi nazirdən istəmək lazım deyil, təyin olunan adamlar vəziflərini icra etməlidirlər. Mən vətəndaşam, müğənniyəm, bu hadisələri oxuyanda əsəbiləşirəm. Bu mənim sahəm deyil, amma mənim, övladım və qonşularım üçün təhlükəlidir. Bir sözlə, hamımız üçün təhlükəlidir. Mən bir şey edim görün sahə müvəkkili necə tapılacaq.

Bunu təbliğ etmək lazımdır ki, uşaqlar məktəblərdə valideynlərinin nə işlə məşğul olduqlarını desinlər. Avropada belədir. Düzdü, uşaqların valideynlərinin xəbərçisi olmasını xoşlamıram, amma hardasa uşaqlar özləri də bilmədən ağır bir cinayət hadisəsinin qarşısını alırlar. Bəlkə valideyn manyakdı. Elə bilin ki, bu institutlar bizdə işləmir. Torpaqlarımızı işğaldan azad etdik, Allaha çox şükür. Amma igid oğlanlarımızı şəhid verdik. Hamı da kövrəldi. Bəlkə də mənim qədər vətənpərvər insan yoxdu. Elə vətənpərvərəm deyə bu məni narahat edir. Bu məsələ isə daha betərdi. Bir milyon narkomanın olması nə deməkdir. Sabah bunlar yolun ortasında bizə təcavüz edəcəklər, oğurluq, quldurluq edəcəklər. Narkotikin ağrıları pis olur, canından bezmiş adamlardı. Bu məsələni jurnalistlər, sahə müvəkkilləri başlamalıdır. Mənim bu hadisələrə ürəyim ağrıyır. Dənizdə batan uşaq görəndə ürəyim ağrıyır deyirəm ki, bunun valideyni kor olsun, niyə nəzarətdən qaçırdıb. Hər şey üçün həssas adamam. Ona görə də toyla bağlı suallar mənim üçün on səkkizinci dərəcədədir. İl yarım toy olmadı heç vecimə də gəlmədi. Camaat necə, mən də elə. Həyat davam edir, toylara gedirik, mənim də uşağım var, iki ildi gözləyir, toy etmək istəyirəm. Həyat davam edir, amma toyla, pulla bağlı suallar mənim üçün cılız söhbətdi. Toyların toy vaxtını da oxumuşuq, pul vaxtını da qazanmışıq. Məni narahat edən şeylər var”.

Vasif Əlihüseyn

“Toylardan yox, narkomanlardan danışın, sabah bunlar bizə küçədə təcavüz edəcəklər…”

  • 14-07-2021, 15:00
  • 573


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI