Füzuli aeroportu ilə bağlı ŞAD XƏBƏR – AZAL rəsmisi açıqladı

Füzuli aeroportu ilə bağlı ŞAD XƏBƏR – AZAL rəsmisi açıqladı“Füzuli Aeroportuna beynəlxalq uçuşlar həyata keçirmək hüququ verilib”.



Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-ın sorğusuna cavab olaraq bildirib:

“Qeyd etdiyimiz kimi Füzuli Aeroportuna “Beynəlxalq Hava Limanı” statusu verilib. Füzuli Beynəlxalq Hava Limanı daxili və beynəlxalq uçuşlar həyata keçirmək üçün müvafiq icazə alıb”.



Paşa Kəsəmənski aeroportun Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini əlavə edib.

Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin yenilənmiş nəşrində Füzuli aeroportunun da adı hallanır.

Xatırladaq ki, yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.





Fidan İlqar

Füzuli aeroportu ilə bağlı ŞAD XƏBƏR – AZAL rəsmisi açıqladı

  • 30-09-2021, 10:55
  • 818


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  5. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI