"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira Babayeva ilə müsahibə

13 223 2-10-2021, 23:01 siyaset / cemiyyet / maraqli / gundem

"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
Sağlam qida və artıq çəki bəşəriyyəti narahat edən qlobal problemlərdən biridir. Artıq çəki dedikdə, piylənmə ilə müşayət olunan bir sıra xəstəliklər nəzərdə tutulur. Bu problem vəzifəsindən, savadından asılı olmayaraq hər kəsi düşündürür.

Vaxtilə xarici ölkələrdə müşahidə edilən bu problemlər indi ölkəmizdə yayılıb. Bu vaxtadək yalnız yaşlı insanların səhhətində mövcud olan halsızlıq, yorğunluq, immunitet zəifliyi, yaddaş pozğunluğu, yuxusuzluq, şəkər, hipertoniya, depressiya və digər xəstəliklər indi uşaq və yeniyetmələrdə müşahidə olunur. Yüksək statistik rəqəmlər durumun kirtik həddə almasından xəbər verir.

Davamlı olaraq təlqin olunur ki, fiziki aktivlik və sağlam qidalanma piylənmənin (selülitin) qarşısını alır. Faktiki mənzərə budur ki, artıq çəki problemini müxtəlif dietalar, məşqlər hansısa zaman kəsiyində aradan qaldırsa da bir müddət sonra itirilmiş çəki geri qayıdır. İncə və arıq bədənli qadınlarda selülitin olması da sual doğurur. Deməli Selülitin meydana gəlməsi yalnız artıq çəki ilə əlaqəli deyil... Bəs nə ilə əlaqəlidir bu problemlər?

Tibb texnologiyası sürətlə inkişaf edir və bəzi xəstəlikləri əməliyyatsız müalicə etmək mümkündür, masajla, dieta saxlamaqla istənilən nəticəni əldə etmək olar. Amma, bu da asan və sadə məsələ deyil... Masajdan sonra daxili orqanları zədələnən, problemləri artan bir çox insan tanıyırıq. İnsanlar reklamlara inanıb qeyri-peşəkarların əlinə düşür, öz dəyərli vaxtını, pulunu, ən qiymətli nemət olan saqlamlığını itirir...Üz-göz ətrafına iynə vurulandan sonra eybəcər hala düşən, görmə qabiliyyətini kəskin itirən bir çox qadınlar var. Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir, itirilən sağlamlıq bərpa olunmur.

Ən elementar hesab edilən masajın özü belə ustalıq tələb edir. İlk andan öz işini bilən peşəkara rast gəlmək özü bir qazancdır, böyük bir şansdır.
Həddən ziyadə elə incə məqamlar var ki, onu yalnız peşəkarlar yaxşı bilir və problemlərin həllinə yardımçı olur.

Belə uzmanlardan biri "Esmira Estetic" Arıqlama Mərkəzinin rəhbəri Kosmetoloq, Estetist, Dietoloq, Nutricioloq doktor Esmira xanım Babayevadır.

Esmira xanımla bir təsadüf nəticəsində tanış olduq. Bu yazı da təsadüfdən doğan zərurətdir.

İş otağında nüfuzunun, professionallığının göstəricisi olan çoxsaylı təltifləri, ünlü, tanınmış simalarla birgə fotoşəkilləri vardır. Söhbət əsnasında nailiyyətləri, işi ilə öyümədi, geniş əlaqələrinə bir dəfə də olsun istinad etmədi. Təvazökarlığı, sadəliyi, mehribanlığı, insanpərvərliyi ilə ilk andan qəlbimə yatdı.

Söz sözü çəkdi, bir çox məsələdən danışdıq və danışdıqca mən Esmira xanımı kəşf etdim...

Xidmət sahəsində hamı yalnız qazancı düşündüyü bir vaxtda Esmira xanım Ali hisslərə köklənib çalışır, xeyriyyəçilik missiyasını reklamsız həyata keçirir.

Esmira xanım bu işi qadınların Ailə səadətinə, sağlam həyata qovuşması naminə qurub, Fəaliyyətinə biznes gözü ilə baxmır, pul qazanmaq xatirinə çalışmır.

Azərbaycan cəmiyyətində Ailə institutunun inkişafına, qadınların sağlamlığının, gözəlliyinin qorunmasına, mənəvi- psixoloji problemlərin həllinə nail olmaq üçün artıq 3 ildir fəaliyyət göstərir.

Esmira xanım İXTİRAÇIDIR. Heç bir dietoloqun, heç bir həkimin edə bilmədiyinə özü nail olub. Öncə öz çəkisini 120-kilodan 73-kiloya qədər azaldıb. Sonra bu metodlarla insanlara kömək etməyə qərara alıb. Üstəlik davamlı, gecə-gündüz işləyib və gözəlliyi təmin edən bir formul İXTİRA edib.

Azərbaycan qadınlarının gözəl və sağlam olmaları üçün ixtira etdiyi məhsul - antiselülit krem "Esmira Estetic" adı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əmtəə nişanı şəklində patentləşib.

Esmira xanım Peşə ixtisasını Almaniyada alıb. Bir sıra xarici ölkələrdə, Rusiya Federasiyasında Moskva və Stavropol şəhərlərində, Ukraynada, Türkiyədə, Gürcüstanda, Almaniyada dietologiya, nutrisiologiya, kosmetologiya üzrə ixtisasartırma kurslarını bitirib, təlimlərdə, beynəlxalq Konfranslarda iştirak edib, keçirilən müsabiqələrdə iştirak edib, qalib olub. Təltif olunduğu Diplomlar, Sertifikatlar, mükafatlar sadəcə iştirakçılıq, peşəkarlıq göstəricisi deyil, zəhmətinə, zəkasına verilən qiymətdir, əməyinin bəhrəsidir.

Rəy sorğusu keçirərkən pasiyentlər xidmətdən nə dərəcədə məmnun qaldıqlarını öyrəndim. Həmsöhbərlərim inanılmaz sevinc və razılıq hissi ilə bildirdilər ki, problemlərdən məhz "Esmira Estetic" Arıqlama Mərkəzində qurtulublar. Burada tətbiq olunan G5 aparatı ilə yanaşı istifadə etdikləri kremlər sayəsində bədəndə nəinki qırışlar, artıq piylər, hətta çapıqlar, əməliyyatdan sonra qalmış tikiş yerləri itib. Diet proqramı heç bir ənənəvi diet proqramına bənzəmir. Qadınlar prosedurlardan əvvəlki və sonrakı rəsmlərini göstərib acı təəssüf hissi ilə vurğuladılar ki, "Esmira Estetic" Arıqlama Mərkəzinə gəlməzdən öncə müxtəlif klinikalarda, salonlarda prosedurlara gediblər və müalicənin heç bir effekti olmayıb. Onlar başlarına gələn hadisələri xatırlayarkən ürək yanğısı ilə itirilən zamana, boşa xərclənən pullarına və korlanan səhhətlərinə görə çox heyfsləndilər..

Dildən-dilə adı gəzən "Esmira Estetic" Arıqlama Mərkəzinin xidmətlərindən yararlanmaq üçün xanımlar uzun uzadı növbə gözləyirlər. Yani, müraciət edən pasiyent o qədər çoxdur ki, mütəxəssislər onları anında yola salmağa imkan tapmırlar. Hər kəs təyin olunan vaxtda öz növbəsində gəlməlidir. Gəlmədikləri təqdirdə isə məsuliyyət daşıyırlar, cərimə də tətbiq olunur. Vaxta və özünə dəyər verən hər kəs bunu məqbul hesab edir.

Mən bir daha əmin oldum ki, peşəkarlar özlərini reklam etmirlər. Necə ki , kərə yağı heç vaxt reklam edilmir. Amma bir nüansa diqqət edək, hər bir bitki, marqarin yağı reklam edilərkən, mütləq vürğulanır ki, bu məhz KƏRƏ yağı dadındadır ...

Qadınların xidmətində dayanan "Esmira Estetic" Arıqlama Mərkəzində mükəmməl sağlam diet proqramı və G5 aparatı ilə antiselülit prosedurlarla insanlar həmişəlik artıq çəkidən qurtulur. İncə ruhlu vətənpərvər ixtiraçının kremləri möcüzələr yaradır..

Bu cür unikal Sağlamlığın və Gözəlliyin QARANTI olan mərkəzin və vətənpərvər İxtiraçı uzmanın fəaliyyətindən hər kəs xəbərdar olmalıdır ki, Azərbaycan qadınlarının sağlamlığı təhlükəyə məruz qalmasın. Çarəsiz durumlardan ilk fürsətdə qurtula bilmək şansı varikən heç birinin vaxtı, pulu hədər itməsin, nəticə etibarilə heyfslənməsinlər.
Düşünürəm, Esmira xanımla müsahibəni oxuduqdan sonra siz də bu qənaətdə olacaqsınız.
"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
- Esmira xanım, hər bir insan sağlam və uzunömürlü olmağı arzulayır, pəhriz də gözləyir, amma xəstəliklərə məruz qalır. Sağlamlığı qorumağın əsas şərti nədir?

- İnsan orqanizminin inkişafını və uzun müddət sağlam qalmasını təmin etmək üçün təxmini 70 qida maddəsinə ehtiyac duyulur. Bu qidaların hər birindən gündəlik nə qədər istifadə olunması demək olar ki, hamıya bəllidir.
Sağlam qida və artıq çəki müasir dövrün aktual problemlərindən biridir. İnsan öz sağlamlığını qorumaq və xroniki xəstəliklərin qarşısını almaq üçün yetərli və balanslı bəslənməlidir. Bəslənmə, sağlamlığı qorumaq və həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət etməlidir. Əsas məsələ budur ki, mədəni tutumundan artıq yükləmək olmaz, qida vücudun ehtiyac duyduğu qədər istifadə edilməlidir. Elə qidalanmaq lazımdır ki, yedikləriniz 2 saat ərzində həzm olunsun. Yeməklər arasında 5 ya 8 saat interval olmalıdır. Fasilələrlə yemək zamanı orqanizmdə daxildə baş verən proseslər bədənin gümrahlaşmasına, lazımsız maddələrdən azad olunmasına xidmət edir. Milyard dollarlıq tədqiqatlar nəticəsində təsdiq olunub ki, yemək arasında böyük fasilə verilən zaman bədəndə olan artq maddələri elə daxildə olan digər hüceyrələr yeyir, hətta xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Yemək və su konkret müəyyən olunan vaxtlarda qəbul edilməlidir. İnsan öz vərdişlərinə adət etməyi öyrənməlidir. Ümumiyyətlə pəhriz gözlənilməlidir, hər nə olsa yeyilsə, içilsə fəsadlar qaçılmazdır.

- Siz bildirdiniz ki, özünüz artıq çəkidən qurtulmaq üçün getmədiyiniz yer, müraciət etmədiyiniz həkim qalmadı və sizə heç kim kömək edə bilmədi. Çox sayda diet proqramı mövcud olduğu halda necə olur ki, dietoloq bunları tətbiq edib pasiyentə kömək edə bilmir?

-Dünyada qəbul olunmuş bir çox pəhriz proqramları vardir. Onlardan Toyuq dietası, Paleo dietası, Metabolik dieta, Alma dietası, İngilis dietası, Sevimli dieta, Yapon dietası, Tərəvəz dietası, Karbohidratsız dieta, aşağı karbohidratlı dieta, Atkins dietası, BUÇ dietası, Düyü dietası, Qlütensiz dieta, 6 Ləçək dietası, 7 Ləçək dietası, Pilləkan dietası, Tənbəllər üçün dieta, Aralıq dənizi dietası, Xiyar dietası, Yumurta dietası, Kefir dietası, Kreml dietası, Su dietası, Keto dietası, Maqqi dietası, Qarabaşaq dietası, Protein dietası, Stol №5 dietası, Dyukan dietası, Ulduzların dietası insanları tərəfindən tətbiq olunur. Adətən tövsiyə olunur ki, hər hansı bir proqrama başlamazdan öncə həkimlə məsləhətləşmək lazımdır. Bütün təsirli arıqlama pəhrizləri eyni zamanda təhlükəsiz ola bilməz. Hər bir diet proqramı haqda çox yazılıb, çox danışılıb. Təcrübə göstərir ki, bir diet proqramı hər insana eyni təsir göstərmir, ona görə də nəticələr fərqli olur. İlk baxışdan adama elə gəlir ki, diet proqramı adamı istədiyi ideal gözəlliyə çatdırmağa ən yaxşı vasitədir. Lakin, hətta Ulduzların diet proqramının, hər bir diet proqramında olduğu kimi mənfi və müsbət tərəfləri vardır. Hökmən nəzərə almaq lazımdır ki, diet proqramı tətbiq olunan andan paralel olaraq pasiyentə psixoloji dəstək göstərilməlidir.

- Qida rasionuna diqqət edildiyi halda kökəlmə, piylənmə baş verirsə səbəb nə ola bilir?

- İnsanın gündəlik həyatında qarşılaşdığı psixoloji və emosional durum, kalorili qida, fiziki aktivliyin azlığı, hormonal və psixotrop preparatların əks təsiri, bir sıra endokrin pozğunluqlar, yuxusuzluq, stress və sair amillər piylənmənin artmasına səbəb olur.
Hər dərmanın əks təsiri var. Ən ağır durumlarda çıxış yolu kimi istifadə olunan antidepressantlar, ürək dərmanları, bəzi qida əlavələri insanları bir tərəfdən sağaldırsa, digər tərəfdən şişman edir, mədəsini pozur, xəstə salır.

- Esmira xanım, selülit artıq çəki ilə bağlı sadə bir problemdir, yoxsa xəstəlik?
"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
-Selülitin kilo problemi ilə birəbir bağlantısı yoxdur. Selülit həm kişilərdə həm qadınlarda rast gəlir. Selülit sadəcə dəri altındadır. Dəridə yağlar, toksinlər cəmlənir, bədənin müxtəlif sahələrində sərt toxumalar əmələ gəlir. Dərinin səthinə yaxın olan yağ qatı dərini aşağıya çəkir və ya yuxarı qabardır. Nəticədə portağal qabığı deyilən bir görünüş meydana gəlir. Bu portağal qabığı adlanan vəziyyətdə Selulit zahiri bədən görünüşünü kobudlaşdırır. Bu azmış kimi vücudu hiss olunacaq dərəcədə ağrıdır. Əslində, selülit maddələr mübadiləsi və qan-limfa dövranının pozulması nəticəsində dəri altında, əsasən ayaqlarda, qollarda və yan oturacaqlarda nizamsız və həddindən artıq toksin yağların yığılmasıdır və görünüşü ilə portağal qabığına bənzəyən bir qan dövranı xəstəliyidir.

- Belə çıxır ki, pəhrizlə selülitdən qurtulmaq mümkün deyil?

- Ən sərt pəhrizlə belə toksin yağ çöküntülərindən ibarət dərini təmizləmək mümkün deyil. 4 -cür selülit növü vardır: ödemli, çətin, qarışıq, yumşaq. Hər bir rast gəlinən növə uyğun fərdi qaydada prosedurlar tətbiq olunur. Əl masaji və aparat tətbiq olunmadan selülitdən əsla yaxa qurtarmaq mümkün deyil.

- Digər yerlərdə mümkünsüz hesab edilən problemlər Sizin Mərkəzdə rahatlıqla həllini tapır. Mümkünsüzü mümkün edən peşəkarlardır yoxsa preparatlar? Siz qadınlara əminliklə nə vəd edirsiniz?

- İstənilən nəticəni əldə etmək üçün səbr etmək gərəkir, çünki insan vücudu bir həftəyə düzəlmir, bunun üçün 1-6 ay müddət tələb olunur.
"Esmira Estetic" Arıqlama Mərkəzində fərdi Dieta proqramı, anında təsiri görünən mükəmməl müalicə sayəsində xanımlar arzuolunmaz problemlərdən 1-10 gün ərzində qurtulur.

Selülitin bədəndən tamamilə yox olmasına nail olmaq üçün birləşdirici toxumaların funksiyalarını aktivləşdirmək və dəri xırdalıqlarını, yararsız kökləri dağıtmaq lazımdır. Bunu öhdəsindən gəlmək üçün ənənəvi metodlardan tam fərqli olan G5 masajı tətbiq edirik.

G5 masaj vücudda qan və limfa toxumasını aktivləşdirir, zədələnmiş toxumaları təzə oksigenlə doldurur və yağ hüceyrələrinin çıxarılmasına kömək edir, metabolizmi normallaşdırır, hətta xroniki yorğunluq sindromunu aradan qaldırır, lenfatik sistemi bərpa edir, şişkinliyi, çapıqları yox edir, dəri rənginin tutqunluğunu və əzələ tonunu artırır.

G5 masajı, balanslı bir pəhriz və idmanla aradan qaldıra bilməyəcəyiniz selüliti ilk tətbiqdən aradan qaldırır, üstəlik heç bir cərrahiyyə müdaxiləsi olmadan bədənin istənilən sahəsində artıq, qabarıq, kobud sallamaları aradan götürür.

Dəridə kollagen miqdarının və qan dövranının artması da bölgənin toxumasının hamar bir görünüş əldə etməsini təmin edir. Çöldən baxıldığında aşkar olmayan, ancaq dəri sıxıldıqda meydana gələn birinci dərəcəli selülitin yox olmasında və ayaq üstə görülə bilən ancaq yalançı görünməyən ikinci dərəcəli selülitin əldə edilməsində xüsusilə uğurlu nəticələr əldə edilir. 30 dəqiqə ərzində vücudda hiss olunan və gözlə görünən dəyişiklik vəd edirik.

- Nədən masaj G5 adlanır ? Mükəmməl nəticə əldə olunması üçün nə gərəkir?

- G5 Masajı ilə arıqlama son illər tətbiq edilən ən təsirli, ən effektli müalicə metodlarından biridir. Tətbiq edilən cihazın adı G5 olduğuna görə bu terapiya növünə G5 masajı deyilir.
G5 masaji bədən çəkisindən asılı olaraq ən az 3 ən çox 10 seans qəbul olunur. Hər prosedurdan sonra əvvəlki ölçü ilə fərq müqayisə edildikdə, 1 seansda ən az 2 -7 sm ərimə, incələşmə baş verir.

- Bəzən eşidirik ki, masajdan sonra gözlənilməz problemlər yaşanır. G5 masajın riskləri, zərərləri varmı?

-G5 Masajı zərərsiz müalicədir. Risklərə və yan təsirlərə gəlincə, bilmək lazımdır ki, qeyri-peşəkar və təlimsiz insanların etdiyi G5 masajı sağlamlığınız üçün təhlükəlidir. G5 masajında çox nüansları bilmək lazımdır, o cümlədən əzələlərin istiqamətini və insana görə möhkəmlik tətbiqini seçmək vacib məsələdir. Hər hansı bir nahiyə üzərində funksiyalar düzgün tətbiq edilmədiyi təqdirdə fəsadlar qaçılmazdır. Nəzərə almaq lazımdır ki, G5 masajı varikoz damar xəstəliyi olan insanlarda qanaxmaya səbəb ola bilər.

Tromboflebit, dəri iltihablı xəstəlikləri, hamiləlik, hipertenziya, qan damarlarının kövrəkliyi xəstəliyi olan insanlarda antiselülit masaj aparatla tətbiq edilmir, lakin digər üsullarla yardım edirik.

- Esmira xanım, Sizin ixtira etdiyiniz kremin özəlliyi nədir?

- Krem toxumalarda artıq yağın əriməsini təmin edir, əzələlərdə və toxumalarda regenerativ prosesləri sürətləndirir. "Esmira Estetic" kreminin tərkibi o qədər zəngindir ki, dərinin quruluğunun və yenilənməsinin aradan qaldırılmasına dəstək olur, dərini hamar edir, dəri üzərindəki çatlari, qırışları aradan qaldırır. G5 masajla yanaşı "Esmira Estetic" Antiselülit kremi hökmən istifadə olunmalıdır. Kremlərin köməyi ilə antiselülit masaj maksimum fayda verir.
Müalicə periodik olaraq həyata keçirilməlidir. İlkin mərhələdə həftədə 3 dəfə olmalı, kremlər isə bədənə hər gün sürtülməlidir. Artıq vücudda selulit tam azaldığını görəndə Prosedurlar həftədə 1 dəfə keçirilməlidir. Hər antiselülit masajın müddəti 30-45 dəqiqə olmalıdır, qəti surətdə uzun sürməli deyil, diqqət etmək lazımdır ki, 1 saatı keçməsin, yoxsa əks təsirə malikdir.

- "Esmira Estetic" Arıqlama Mərkəzində hansı xidmətlər mövcuddur? Müalicədən sonra artıq çəkinin geri dönmə ehtimalı varmı ?

- Bizim "Esmira Estetic" Arıqlama Mərkəzində artıq çəkidən azad olunan pasiyentimizin heç biri yenidən kilo almır. Olunan terapiyanın nə dərəcədə effektli olmasını jurnal üzrə istənilən şəxsə zəng edib soruşa bilərsiniz. Mənim fərdi təyin etdiyim diet proqramına əməl etməklə pasiyentlər ixtira etdiyim kremdən istifadə edirlər və təyin olunmuş günlərdə G5 aparatı ilə masaj qəbul edirlər, heç bir yerdə əldə olunmayan bir nəticəni ilk andan real görürlər.
Bizim Mərkəzdə qadınlar təkcə G5 arıqlama aparatından faydalanmır. Bir neçə xidmət növlərindən geniş istifadə edirlər. Kosmetologiyada Kirpik qaynaq, Laminasiya kirpik uğurla tətbiq edilir. Sağlamlığı təmin edən hər cür üsullar: Hicama, Osteoxondroz müalicəsi, Limfodrenaj, Antiselülit Massaj, Vibro masaj, Relaks Massaj, Müalicəvi Masaj, Daş Massaj, Quaşa Massaj, Əl antiselülit Massaj, 0-7 yaşda olan uşaqlara müalicəvi masaj tətbiq olunur.

- Esmira xanım, təzadlı fikirlər çox səslənir, gah deyirlər yumurta yemək ziyandır, gah da xeyirlidir. Gah deyirlər tez-tez yemək xeyirlidir, gah da fasilələrlə. Gözəllik formulunu icad edən sözsüz ki, sağlam bəslənmənin də yolunu, yordamını bilir. Nə xeyirlidir, nə ziyanlıdır? İnsan mütləq nələri bilməlidir?

- İnsan xəsətələnmədən səhhətini qorumalı və ön tədbirlər almalıdır. İnsan bədənində hüceyrələr 3 aydan bir özünü yeniləyir, fərdə bağlı olaraq bu müddət dəyişə bilir. Saqlıqlı hüceyrələrin bədəndə təməlləşməsi üçün saqlıqlı qidalanmaya fikir vermək lazımdır.

Tez-tez yeməyə meyllənən insan bilməlidir ki, vücudunda hansısa hormonal dəyişikliklər baş verir, bu xeyirli əlamət deyil, xəstəliyin, hansısa prosesin əlamətidir.

Xəstəliklərin ən başlıca səbəbi tez-tez qidalanmaqdır. İnsan sağlıqlı, təbii qidalar yemədiyi üçün yedikcə yemək istəyir və bütün xəstəliklər insanın bağırsaqlarından irəli gəlir.

İnsan vücuduna daxil olan qida 4 saat ərzində qana, cana işləyir. Vücuda daxil olan yeməyi həzm etməmiş ardınca növbəti qidanı qəbul etməklə vücudu qamçılamış olursunuz hüceyrələrə dincəlmək fürsəti, həzmə imkan verilməlidir.

İnsan mütləq su içməlidir. Baş ağrısı varsa, susuzluğun əlamətidir. Səhər tezdən oyanan kimi duranda su içmək lazımdır. Suyun içinə yarım limon atmaq, udum-udum içmək lazımdır.

Vücud sağlam olması üçün, yumurta yeyilməlidir. Yumurta qan şəkərini normal hala gətirtdir, qaraciyəri yormur, qara ciyərin yağlarını əridir. Yumurtanın sarısında KOLİN deyilən maddə var, beyin hüceyrələrini, sinir sistemini inkişaf etdirir və möhkəmlədir. Yumurta enzimdir, tərkibində “Lesitin” vardır, Omeqa3 vardır. Gün ərzində 2 dənədən cəmi 10 ədəd yumurta yeyilə bilər. Yumurtanın içi tam bərk bişməsin, həlim olsun, onda daha faydalıdır..

Şəkər və duz az istifadə edilsə, heyvan mənşəli yağların, yəni doymuş yağların əvəzinə doymamış yağlar- bitki yağı, təbii kərə yağı, meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər və çərəzlər, fındıq-fıstıq qida rasionunda olsa piylənmənin qarşısı alınacaq.

Zeytun yağına üstünlük verilməlidir. Zeytun yağının tərkibi ilk sıxımda ana südünün eynisidir, mikrobları öldürür.
Yoqurt çox yemək lazımdır. Amma mağazadan alınma yox, yoğurt evdə hazırlanmalıdır

Mümkün qədər şirniyyat, unlu məmulatlardan və çörəkdən imtina etmək lazımdır. Karbohidrat- qlükoza, nişasta kimi mürəkkəb üzvi birləşmələr suyu bədəndə saxlayır.

Çörək doydurmur, iştahı açır, daha da aclıq hissini artırır. İnsanlar var ki, tamamilə rasionunda çörək istifadə etmir və bu əslində ən doğru qərardır. Sağlıqlı qidalanmanı təbliğ edən alimlər bəyan edirlər ki, unun tərkibində bromür, qlüten vardır. Bromür (Br-), neqativ yüklü brom ionudur (anyon). Hər iki qatqı olduqca zərərlidir.

Yaşıl, qırmızı mərcimək, fındıq, fıstıq, quru lobya, Balıq, balıq yağı, Omeqa3, sağlıqlı protein, kərə yağı qəbul etmək lazımdır. Onların tərkibində B Vitamini, təbii minerallar, təbii yağlar- Omeqa3, Omeqa6, təbii protein, Kaliy (potassium), karbohidrat, maqnezium, dəmir, bitki xolesterolu var. Lakin bu xolesterolun vücuda zərəri yoxdur, əksinə xeyri var. İmmuniteti artırır.

Xolesterolun vücudda olması şərtdir. Olmaması altsgeymer xəstəliyinə, sonsuzluğa, hərəkətsizliyə səbəb olur. Xolesterol bir formuldur, yaxşısı, pisi yoxdur, hamısı eynidir. Sinir sistemini, hüceyrələrimizi qoruyan təməl daşı protein, xolesterol və yağdır. Unutmayaq, təkbaşına protein zərərlidir. Yapon alimləri araşdırıb təsdiq edib ki, Xolesterolu yüksək olan insanlar uzunömürlü olur, xəstəliklərə məruz qalmırlar.

Təmiz havada gəzmək, Günəşdə 20 dəqiqə durmaq, "D" vitamini qəbul etmək lazımdır. Günəş altında durarkən Kölgə boydan gödək görsənsə Günəşdən lazımı hormonu almış olursunuz. "D" Vitamini hesab edilən Günəşin şüası əslində vücuda vacib lazım olan bir hormondur. Günəş altında çox qalmaq bədən dərisinə və cana zərərlidir. Atmosfer o qədər çirklənib ki, Günəşdən əvvəlki kimi "D" Vitamini almaq da problem olub. Elə ölkələr var ki, iqlim az da olsa Günəşdən faydalı enrji almağa imkan vermir. Vücudunda "D" Vitaminini yüksəldən şəxslərin immuniteti yüksək olur, qrip xəstəliyinə tutulmur.

Sağlam qalmaq üçün Ən başlıcası stressdən uzaq durmaq, yuxu normasına riayət etmək, qidanı yaxşı çeynəmək, faydalı qidaları qədərində yemək, şəkəri azaltmaq, hərəkət etmək lazımdır.

P.S. Yazı hazırlanan ərəfədə dr. Esmira xanım Avropada, Monteneqroda keçirilən müsabiqəyə səfərə hazırlaşırdı. Azərbaycana mükafatlarla yanaşı yeniliklər gətirən Esmira xanıma uğurlar diləyirik, Sözsüz ki, dövrün aktual mövzusu bir məqalə ilə bitmir...

Səidə Hüseynova

"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə
"Qeyri-peşəkar həkimin, kosmetoloqun, masajistin səhvini heç bir uzman həkim düzəldə bilmir"-Kosmetoloq Esmira  Babayeva ilə müsahibə

XƏBƏR LENTİ