İki ölkə arasında son 40 ilin ən böyük BÖHRANI

552 7-10-2021, 13:29 dunya

İki ölkə arasında son 40 ilin ən böyük BÖHRANIÇin hərbi təyyarələrinin Tayvanın hava sahəsinə girməsindən sonra iki ölkə arasında gərginlik pik həddə çatıb.

Avropa.info xəbər verir ki, Tayvan 150-ə yaxın Çin döyüş təyyarəsinin 4 gün ərzində hava hücumundan müdafiə sahəsini pozduğunu açıqlasa da, ölkənin müdafiə naziri Chiu Kuo-Chenq iki ölkə arasındakı gərginliyi son 40 ilin "ən pis vəziyyəti" adlandırıb.

Nazir Çinin hazırda Tayvanı işğal etmək gücünə sahib olduğunu və gələcəkdə Tayvanı tamamilə işğal etmək gücünə çatacağını ifadə edib.

"Çin 2025 -ci ilə qədər xərclərini və iqtisadi itkilərini minimuma endirəcək. Hazırda gücü var, amma bir çox amili nəzərə aldığı üçün asanlıqla müharibəyə başlamayacaq",- deyə tayvanlı nazir qeyd edib.

Qeyd edək ki, Çinə qarşı Tayvanı diplomatik və hərbi cəhətdən dəstəkləyən ABŞ, Pekinin təşəbbüslərini tənqid edir. Çin isə ABŞ -ı Tayvana silah satmaq və Tayvan Boğazına hərbi gəmilər göndərməklə bölgədə gərginliyi artırmaqda günahlandırır.

Tayvan müstəqil bir ölkə olduğunu bəyan edərkən, Çin, lazım gələrsə hərbi gücdən istifadə edərək Tayvanı yenidən öz torpaqlarına qata biləcəyini açıqlamışdı.

Xeberdar.net

XƏBƏR LENTİ