Neftçalada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

806 30-12-2021, 19:29 bolge




Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar olaraq şəhid, qazi ailələrinin övladları və xüsusi qayğıya ehtiyacı olan körpə fidanlar üçün geniş tədbir təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri,qazilər və onların övladları iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu və əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhid ailələri adından Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid atası Baloğlan Ağamalıyev,Vətən Müharibəsi iştirakçısı, II qrup Qarabağ əlili, Xüsusi təyinatlı Qüvvələrin giziri Orxan Mikayılov çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin gücündən, siyasi arenadakı qələbəmizdən danışıb. Bu qələbə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Ordumuzun hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğı, Azərbaycan əsgərinin qəhrəmanlığı, həyata keçirilən islahatlar nəticəsində mümkün oldu. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, qazilərin hər zaman Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər.
Tədbirin sonunda “Qubadlının azad olunmasına görə” medallar bir qrup hərbi qulluqçulara təqdim olunub.
Şəhid ailələrinə və qazilərin övladlarının iştirakı ilə Yeni il tortu kəsilib və onlara Yeni il hədiyyələri verilib. Tədbir Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət Nümayəndəliyinin hazırladıqları kompozisiyalar ilə davam edib.

XƏBƏR LENTİ