Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi

Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi

Ötən gün sosial şəbəkələr və xəbər saytlarında körpələr evi-uşaq bağçasında bir uşağa qarşı fiziki şiddət göstərilən görüntülər yayınlanmışdır.
Bu hadisənin fonunda çox vacib bir suala cavab axtarmalıyıq: biz nəticə, yoxsa səbəblə mübarizə aparmalıyıq? Baş verən hadisə özü sadəcə bir “nəticə”-dir. Bunun səbəbi çox ciddi və geniş şəkildə araşdırılmalıdır.
Bu məsələyə üç aspektdən baxa bilərik:
(1) Hüquqi
(2) Pedaqoji
(3) Mənəvi

(1) Hüquqi cəhətdən bu və buna bənzər hadisələrə reaksiyanı müvafiq qurumlar verməlidir. Artıq Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi prosesi nəzarətə götürüb. Əminəm ki, hər biri öz səlahiyyəti çərçivəsində bu hadisəyə dair addımlar atır və atmaqdadır. Hadisə baş verib, ictimaiyyət buna dair dövlətin reaksiyasını görmək istəyir. Və bu çox təbiidir. Amma yenə də prosesin “nəticə”-sinə reaksiya axtarılır. O zaman təsəvvür edək ki, eyni zaman hansısa başqa bir bağçada eyni hadisə baş verirsə və bu haqqda ictimaiyyət məlumatlı deyilsə, o zaman cəza olmamalıdırmı? Hadisə baş verib və hüquqi prizmadan da reaksiya verilib. Lakin bu o deməkdir ki, artıq buna bənzər hadisələr baş verməyəcək? Ancaq qorxu, #nəzarətin olmasından irəli gələrək hər hansı addımlar atılmalıdır? Cəza sadəcə bu neqativ hadisəyə olan reaksiyadır. Hüquq "nəticə" ilə mübarizə apara bilər, amma bunun yenidən əmələ gəlməməsi üçün qeyri-hüquq alətləri tətbiq olunmalıdır. O zaman, bu hadisələrin #pedaqoji və #etik cəhətlərinin vacibliyi özünü biruzə verir.

(2) Bu hadisəyə pedaqoji cəhətdən baxdıqda… Uşaqlara qarşı fiziki şiddətin göstərilməsi, uşağın inkişafında hansı nəticələrə gətirib çıxaracaq? Bu mövzu cəmiyyətdə müxtəlif diskussiyaların yaranmasına səbəb olub. Bir çox insan zamanında buna bənzər hadisəni normal qəbul etdiyi üçün bugünki dövrdə də bunun mövcudluğunun doğru olduğunu vurğulayırlar. Bundan 20-30 il əvvəl tətbiq olunan yanaşmalar bu gün də tətbiq olunarsa, demək olar ki, biz 20-30 il öncə keçmiş dövrün uşaqlarını, cəmiyyətini davamlı olaraq formalaşdıracağıq. Burda sual əmələ gəlir ki, biz bunu ediriksə, bu hadisələrin qırmızı həddi haradadır? Müəllimlər tərəfindən tətbiq edilən şiddətli addımlar necə zəmanət verə bilir ki, bu şiddət uşaqda fiziki qüsura və yaxud ömürlük travmaya səbəb olmayacaq? Və növbəti sual yaranır ki, əgər uşaq erkən yaşdan kiməsə tabe olmağın yolunun sadəcə fiziki hərəkətlərlə özünü doğrultduğunu öyrənirsə, həmin uşaq gələcəkdə öz ailəsinə, övladlarına və cəmiyyətə qarşı bunu tətbiq etməyəcəkmi? Bəlkə bu gün məişət zorakılığı zəminində yaranan problemlərin səbəblərdən biri də budur? Bütün bu hadisələri, uşaqlara qarşı törədilən zorakılığın baş verməsini pedaqoji, təlim-tərbiyə cəhətdən qətiyyətli şəkildə pisləyir və bunun yol verilməz olduğunu vurğulamaq istəyirəm.

(3) Və nəhayət, bunun etik tərəfi. Bir tərəfdən çox xoş haldır ki, sosial şəbəkələr belə neqativ halların üzə çıxarılmasında əlverişli şərait yaradır. Digər tərəfdən isə, bu videoların gələcəkdə uşağın həyatına necə təsir edəcəyini təəssüf ki, heç kim nəzərə almır. Bu halların sadəcə açıq şəkildə yox, eyni zamada müvafiq orqanlara birbaşa çatdırılmasının vacibliyi də böyükdür.

Hesab edirəm ki, həm qanunvericilik, həm pedaqoji, həm də etik cəhətdən bütün bu hadisələr onu bizə bildirir ki, hələ də neqativ hallar mövcuddur.
Əvvəla, hər kəs onu qəbul etməlidir ki, uşaqlara qarşı zorakılıq tətbiq olunmamalıdır. İkincisi, müvafiq olaraq dövlət strukturları hadisələri müəyyən etdikləri zaman adekvat reaksiya göstərməlidir. Yekunda, nəticə yox, səbəblərə dair lazımi olan profilaktik işlər aparılmalıdır. Yəni, bütün səylər və fəaliyyətlər nəticəni yox, səbəbi araşdıraraq onun qarşısını almalıdır. Burada heç bir şübhə olmamalıdır. Təhsil müəssisəsində uşağa qarşı mənəvi və ya fiziki şiddət hadisəsi göstərilməməlidir. Bütün bunlara baxmayaraq, son aylar bu hadisələrin tez-tez üzə çıxması heç bir müəllim, bağça, məktəb və təhsil nüfuzuna təsir etməməlidir. Neqativ istisnalar mövcuddur, amma yüz minlərlə böyük #müəllim ordusu bu hadisənin #nüfuz cəhətdən qurbanı olmamalıdır.



Mirzə li

Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi

  • 14-01-2022, 19:35
  • 146


Oxşar mövzular
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI