Qohumluqdan imtina etmək Şəmkir sakininə baha başa gəldi: 190 minlik məhsulu yandırıldı - FOTOLAR

383 14-02-2022, 11:06 cemiyyet

Qohumluqdan imtina etmək Şəmkir sakininə baha başa gəldi: 190 minlik məhsulu yandırıldı - FOTOLARŞəmkirdə ot tayasını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 2021-ci ilin dekabr ayının 26-da Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonun Qapanlı kəndində yerləşən fermalardan birində yanğın olması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, fermadakı ot tayası naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus, ümumi dəyəri 190 000 manat olan 60 000 ədəd arpa və yonca ot bağlamalarını yandırmaqda şübhəli bilinən Qapanalı kənd sakini Abbas Heydərov saxlanılıb.

Saxlanılan şəxs ifadəsində ferma sahibinin kirvə qohumluğundan imtina etdiyinə görə hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qohumluqdan imtina etmək Şəmkir sakininə baha başa gəldi: 190 minlik məhsulu yandırıldı - FOTOLAR
Qohumluqdan imtina etmək Şəmkir sakininə baha başa gəldi: 190 minlik məhsulu yandırıldı - FOTOLAR
/Teref.az/

XƏBƏR LENTİ