Bakıda 1 həftə internet olmayacaq? - RƏSMİ AÇIQLAMA

388 14-02-2022, 13:51 cemiyyet

Bakıda 1 həftə internet olmayacaq? - RƏSMİ AÇIQLAMARəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
Xeberdar.net-in məölumatına görə , bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"Bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb. Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür. 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”, - deyə şirkət bəyan edib.

Xeberdar.net

XƏBƏR LENTİ