Keçmiş məhkum silah satarkən saxlanıldı - FOTO+VİDEO

471 14-02-2022, 15:21 cemiyyet

Keçmiş məhkum silah satarkən saxlanıldı - FOTO+VİDEOBinəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Rüfət İbrahimovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman tutulub. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “TT” markalı atəş üçün yararlı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

Rüfət İbrahimov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rüfət İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Keçmiş məhkum silah satarkən saxlanıldı - FOTO+VİDEO


Xeberdar.net

XƏBƏR LENTİ