Rus ordusu ciddi itkilər verir – Ankaradakı səfir

325 24-02-2022, 15:43 dunya

Rus ordusu ciddi itkilər verir – Ankaradakı səfirUkrayna Silahlı Qüvvələrindən aldığımız məlumata görə, Rusiyaya məxsus 5 təyyarə və 2 helikopter vurulub. Hazırda hücuma keçən Rusiya ordusu ciddi itkilər verir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyə XİN-də keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib. Bodnar vəziyyətin nəzarət altında olduğunu qeyd edib:

“Təəssüf ki, mülki əhali arasında itkilər barədə informasiyalar da gəlməyə başlayıb. İnternetdə həqiqəti əks etdirməyən çoxlu xəbərlə rastlaşa bilərsiniz. Məlumatlara dərhal inanmayın. Hazırda vəziyyət nəzarətdədir. Dövlətimizin müdafiə və təhlükəsizlik sistemi işləyir. Biz beynəlxalq ictimaiyyətin köməyi ilə qalib gələcəyimizə inanırıq. Biz Türkiyəyə boğazların və hava məkanının Rusiyaya bağlanması tələbini çatdırdıq. Ukraynaya kömək edin, Rusiyaya qarşı sanksiyalar tələb edirik”.

Xeberdar.net

XƏBƏR LENTİ