“Rusiya Luqanskın 80%-ni ələ keçirib” - Hərbi Administrasiyanın başçısı

481 20-04-2022, 22:52 dunya

“Rusiya Luqanskın 80%-ni ələ keçirib” - Hərbi Administrasiyanın başçısıLuqansk Regional Hərbi Administrasiyasının başçısı Sergey Qayday bildirib ki, bölgə ərazisinin 80 %-i Rusiyanın nəzarəti altındadır.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

“Rusiya, sözsüz ki, bununla da dayanmayacaq və irəliləməyə davam edəcək. Rusiya qoşunları ciddi şəkildə dağınıq vəziyyətdədir”, - S.Qayday vurğulayıb.

Onun sözlərinə görə, Luqansk vilayətinin bütün ərazisi atəşə tutulur: “Təhlükəsiz şəhər yoxdur. Biz başa düşürük ki, Rusiya irəliləyir və yolunda olan hər şeyi məhv etməyə hazırlaşır. Ona görə də mümkün qədər hamını təxliyə etməyə çalışırıq”.

S.Qayday döyüşlərin şiddətləndiyi bir vaxtda dinc sakinləri Ukraynanın şərqini tərk etməyə çağırıb. O əlavə edib ki, bölgədə müharibədən əvvəl yaşamış 350 min nəfərdən bu gün 70 minə yaxını qalıb.

XƏBƏR LENTİ