İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuş əfsanəvi partizannın doğum günüdür

8 005 28-04-2022, 13:17 cemiyyet / maraqli

İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuş əfsanəvi partizannın doğum günüdür28 aprel- İtaliyanın Milli Qəhrəmanı, Milan şəhərinin fəxri vətəndaşı, İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuş əfsanəvi partizan Tahsir İayevin "Serafino" doğum günüdür . ALLAH rəhmət eləsin Amin

Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 28 aprel 1922-ci ildə anadan olmuşdur. Müharibə cəbhəsində Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş (1942) və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.

Döyüş yoldaşları "Serafino" adını ona atasının adına (İsrafil İsayev) uyğun olaraq vermişdilər. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Həmyerlimiz, leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirmişdir. O, İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşıdır. Tahir İsayev alman və italyan dillərini bilirdi.

1974-ci ildə çəkilən "Onun adı Serafino idi" filmi Tahir İsayevdən bəhs edir.
T. İsayev 2001-ci ildə vəfat etmiş və doğulduğu kənddə dəfn olunmuşdur. Şıxlı kəndində olan muzeydə onun haqqında geniş material vardır.

XƏBƏR LENTİ