Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıbBakının Səbail rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə 20-ci sahə kimi tanınan ərazidə baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Həbiyev Kamran Zaur oğlu rayonların birindən Bakıya gələrək Azər adlı şəxslə əlbəyaxa dava edib.

Dava zamanı o bıçaqlanıb.

O, ürək, ciyər və çiynindən bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

  • 6-05-2022, 11:18
  • 370


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI