Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib

550 10-05-2022, 00:51 cemiyyet

Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edibAntalya böyük şəhər bələdiyyəsi tərəfindən 6-8 may 2022-ci il tarixlərində Uluslararası Antalya Yörük və Türklük Araşdırmaları Elm və Sənət Qurultayı keçirilib. Antalyada baş tutan Qurultayda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, doç.dr. Faiq Ələkbərli də iştirak edib. Bu barədə mətbuata verdiyi açıqlamasında Faiq Ələkbərli bildirib ki, Qurultaya Türk Dünyasının bir çox elm adamları da dəvət alıblar. Belə ki, Qurultayda Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan və digər Türk dövlətlərinin elm insanları (prof. dr. Ahmet Bican Ercilasun, doç.dr. Önder Bilgin, prof. Abdullah Temizkan, doç.dr. Kayrat Belek, prof. Ahmet Aksoy, prof. Mustafa Aksoy və b.) maraqlı məruzələrlə çıxış ediblər. Qurultayda “Türk aydınların düşüncəsində Turançılıq və İrançılıq” mövzusunda məruzə edən Ələkbərli bildirib ki, çağdaş dövrdə Turançılıq və İrançılıq düşüncələrinin formalaşması təsadüfi olmamışdır. Onun sözlərinə görə, Türk xalqları haqqında formalaşdırılan köçəri xalq, bunun əvəzində iranlılarla bağlı əkinçi anlayışlarının yenidən araşdırması vacib məsələdir.

Xeberdar.net

XƏBƏR LENTİ