Mübahisə etdiyi anası ilə qonşusunu güllələyib qaçdı

485 12-05-2022, 16:43 dunya

Mübahisə etdiyi anası ilə qonşusunu güllələyib qaçdıOğul anasını və qonşusunu güllələyib hadisə yerindən qaçdı.

Xeberdar.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Halil Emir K. hələlik məlum olmayan səbəbdən anası Güzide Barlasla mübahisə edib. Ana və oğul arasında mübahisə davaya çevril zaman Kalkan belindən çıxardığı tapança ilə anasını ayağından vuraraq xəsarət yetirib.

Daha sonra evinin qarşısındakı maşınına minərək havaya atəş açmağa başlayıb.

Bu zaman açılan güllələrdən biri qonşuluqda yaşayan Şanziment Yalman adlı qadına dəyib.

Silah səslərini eşidən qonşular təcili yardıma və polisə xəbər veriblər.

Hər iki yaralı qadın xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları cinayəti törədib hadisə yerindən qaçan şübhəlinin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdiririlər.

Xeberdar.net

XƏBƏR LENTİ