Vasif Talıbova teleqram vuran şikayətçi polisə çağırılıb

Vasif Talıbova teleqram vuran şikayətçi polisə çağırılıbŞərur rayon sakini Kazım Qurbanov Naxçıvan Ali Məclis sədri Vasif Talıbova şikayət teleqramı göndərdikdən dərhal sonra polisə çağrılıb. O, əmlakının qanunsuz sökülməsindən şikayət edib. Bu haqda "Gündəlik Naxçıvan"a Kazım Qurbanovun özü məlumat verib. Düdəngə kəndindən olan Kazım Qurbanov əmlakının sökülməsi ilə bağlı bir müddət öncə" Gündəlik Naxçıvan"a da müraciət etmişdi. O bildirirdi ki, 30 əvvəl tikilmiş, qanuni sənədləşdirilmiş evinin divarı və hasarının bir hissəsi məhkəmə qərarı olmadan sökülüb.
Şikayətçinin sözlərinə görə, Şərur rayon Polis Şöbəsində onu rəis və prokurorluq işçiləri bir saata yaxın dindiriblər:
" Üzləşdiyim qanunsuzluğun aradan qaldırılması xahişi ilə avqustun 15-də Vasif Talıbova teleqram vurdum. Üstündən bir saat keçməmiş, sahə müvəkkili zəng vurdu ki, izahat üçün polisə gəlməliyəm. Rəsmi çağırış tələb etsəm də, məhəl qoymadı. Dedi ki, ya şöbəyə gəlməliyəm, ya da mənim üçün çox pis olacaq. Məcbur qalıb polis şöbəsinə getdim. Ali Məclisə niyə teleqram vurduğumu soruşdular. Mənə dedilər ki, problemi içtimailəşdirməyim, mətbuata açıqlama verməyim nə mənim üçün, nə də Naxçıvan üçün yaxşıdı. Mən isə haqqımı tələb etdiyimi bildirdim, aramızda mübahisə yarandı. Sonda dedilər ki get, gəlib maraqlanacağıq. Mənimlə təhdidlə danışırdılar".

Kazım Qurbanov deyir ki, haqqını Naxçıvanda bərpa edə bilməsə, Bakıda Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək.

Vasif Talıbova teleqram vuran şikayətçi polisə çağırılıb

  • 20-08-2022, 11:12
  • 1 546


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  5. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI