Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulubOrdumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mövqelərimiz atəşə tutulub

  • 12-09-2022, 11:51
  • 324


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI