Kəlbəcərdə şəhid olan hərbçilərimizin bank kreditləri bağlanıb

Kəlbəcərdə şəhid olan hərbçilərimizin bank kreditləri bağlanıb16 sentyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilib.

ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Kəlbəcərdə şəhid olan hərbçilərimizin bank kreditləri bağlanıb

  • 19-09-2022, 12:24
  • 225


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  5. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI