Krım körpüsünü partladan erməni həbs olundu

393 14-10-2022, 16:18 dunya

Krım körpüsünü partladan erməni həbs olunduKrım körpüsündə baş vermiş partlayışda şübhəli bilinən 5 nəfər, o cümlədən Ermənistan vətəndaşı Artur Terçanyan barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az "İzvestiya"ya istinadla xəbər verir ki, həbs qətimkan tədbiri 8 dekabra kimi seçilib.

Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobilinin partlaması nəticəsində son məlumatlara görə 4 nəfər həlak olub. Terrorizm maddəsi ilə cinayət işi başlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, partlayışdan sonra 8 nəfər şübhəli şəxs qismində saxlanılmışdı ki, aralarında Rusiya, Ukrayna və Ermənistan vətəndaşları var idi.

XƏBƏR LENTİ