Daşkənddən Dubaya uçan təyyarə İrana məcburi eniş etdi

350 27-10-2022, 17:51 dunya

Daşkənddən Dubaya uçan təyyarə İrana məcburi eniş etdiDaşkənd-Dubay reysi ilə uçan “Fly Dubai” aviadaşıyıcısının təyyarəsi İranın Şiraz hava limanında məcburi eniş edib.
Bu barədə “Uzbekistan Airports”un mətbuat xidməti məlumat yayıb.

Enişin səbəbi ekipaj üzvlərindən birinin səhhətinin pisləşməsi olub və bu səbəbdən hava gəmisinin kapitanı ən yaxın hava limanında eniş etmək qərarına gəlib.

Qeyd edək ki, təyyarə BƏƏ-də eniş etməli idi. Onun göyərtəsində 172 sərnişin olub.

Xeberdar.net

XƏBƏR LENTİ