Gültəkin Hacıbəyli saxlanıldı - YENİLƏNDİ

344 30-11-2022, 11:13 cemiyyet

Gültəkin Hacıbəyli saxlanıldı - YENİLƏNDİSabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.

***

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

O, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub. İlkin məlumata görə, ötən ay onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.

G.Hacıbəyli hava limanında saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş. Sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim olunub. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.\\“Qafqazinfo”

XƏBƏR LENTİ