Rusiya Estoniya səfirini ölkədən qovur

Rusiya Estoniya səfirini ölkədən qovur“Rusiya Moskva ilə bütün münasibətlər kompleksinin məhv edilməsi fonunda Estoniya ilə diplomatik səviyyəni aşağı salır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi yayılan bəyanatında deyilir.

Bununla bağlı Estoniyanın Moskvadakı səfiri Marqus Laydre bazar ertəsi Rusiya XİN-ə çağırılıb və Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona kəskin etiraz edilib.

“Estoniya Respublikasının səfiri 2023-cü il fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir”, - bəyanatda deyilir.

Bildirilir ki, Estoniya rəhbərliyi son illərdə “Rusiya ilə münasibətlərin bütün spektrini məqsədyönlü şəkildə məhv edir. Rusiya ilə Estoniya arasında münasibətlərdə belə vəziyyətin yaranmasına görə bütün məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür. Biz Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcəyik”. (Mənbə: TASS)

Rusiya Estoniya səfirini ölkədən qovur

  • 23-01-2023, 14:56
  • 35


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI