Bakıda qonşular arasında dava düşüb, bıçaqlanan var

155 17-05-2023, 10:14 cemiyyet / hadise

Bakıda qonşular arasında dava düşüb, bıçaqlanan varXəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir

Bakının Səbail rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Xeberdar.net APA-ya istinadən xəbər verir ki, hadisə Mixail Lomonosov küçəsində baş verib.

1975-ci il təvəllüdlü Abışov Davud Mobil oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ