Gədəbəy sakini kimyəvi maddə içərək ölüb

91 16-09-2023, 05:45 hadise

Gədəbəy sakini kimyəvi maddə içərək ölübHəkimlərin müdaxiləsinə baxmayaraq o, tibb müəssisəsində ölüb

Gədəbəydə 47 yaşlı kişi kimyəvi maddə içərək intihar edib. Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Məhərrəm Mehdiyev kimyəvi maddə içib. Xəstəxanaya aparılan 47 yaşlı kişi həkimlərin müdaxiləsinə baxmayaraq tibb müəssisəsində ölüb.

Mehdiyevin hansı səbəbdən kimyəvi maddə içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparıılır.

XƏBƏR LENTİ