Bakıda restoranda yanğın olub

102 16-09-2023, 10:41 hadise

Bakıda restoranda yanğın olubTalvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub

Bakıda restoranda yanğın olub. Xeberdar.net-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 450 kvadratmetr olan obyektin (restoran kimi fəaliyyət göstərir) girişində ümumi sahəsi 45 kvadratmetr olan talvarın şüşə-pambıq üzlüyü 4 kvadratmetr sahədə yanıb.

Talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ