Tanınmış hərbçi qəza törətdi, xanımı dünyasını dəyişdi

103 16-09-2023, 12:23 hadise

Tanınmış hərbçi qəza törətdi, xanımı dünyasını dəyişdiSentyabrın 14-də Mingəçevirdə "Leksus" markalı avtomobilin idarə etməni itirərək işıq dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Xeberdar.net-in Trend-ə istinadən məlumatına görə,qəza zamanı avtomobili idarə edən Elmar Allahverdiyev sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürtlə idarə edib. Nəticədə isə idarəetməni itirərək işıq dirəyinə çırpıb.

Qəzada avtomobildə olan sərnişin - Elmar Allahverdiyevin həyat yoldaşı Rahimə İmran qızı Allahverdiyeva bədən xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişinlər, Elmar Allahverdiyevin övladları Allahverdiyev Əli Elmar oğlu, Allahverdiyeva Leyla Elmar və digər sərnişin Xudiyeva Lalə Əfqan qızı müxtəlif bədən xəsarətləri alıblar.

Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Elmar Allahverdiyev keçmiş hərbçi olub, aprel döyüşlərinda iştirak edib. Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib. O, cəmiyyətdə sosial şəbəkələrdəki açıqlamaları və müsahibələri ilə daha çox tanınıb.

XƏBƏR LENTİ