Xızıda ev yandı: xəsarət alan var

107 16-09-2023, 20:43 hadise

Xızıda ev yandı: xəsarət alan varXızıda ev yanıb, xəsarət alan var.

Bu barədə Xeberdar.net-ə FHN-dən bildirilib.

Belə ki, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ