Bakıda ofis binasında yanğın olub

104 17-09-2023, 10:18 hadise

Bakıda ofis binasında yanğın olubBinanın qalan hissəsi yanğından mühafizə olunub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 kvadratmetr olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan iki ədəd kondisioner, bir ədəd səs gücləndirici qurğu və bir ədəd mikrofon yanıb. Xeberdar.net-in məlumatıa görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yüksək temperaturdan dəhlizin tavanı beş kvadratmetr sahədə və bir ədəd kondisioner qarsalanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ