Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.

105 17-09-2023, 11:27 hadise

Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.FHN Hacıqabuldakı ağır qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Xeberdar.net-ə verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ