Adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - DİN

109 30-09-2023, 22:48 hadise

Adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - DİNSentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Səmid oğlu Ağamalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Xeberdar.net-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Elçin Əfqan oğlu Mirzəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ