Kürdəmirdə ağır qəza: yaralılar var

119 2-10-2023, 20:05 cemiyyet / hadise

Kürdəmirdə ağır qəza: yaralılar varKürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Xeberdar.net-in məlumatına görə, Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Mersedes" markalı avtomobillə VAZ 2107 markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən "Mersedes" yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ