Məmur gəmi kapitanının 400 min manatını ələ keçirdi, sonra isə… - TƏFƏRRÜAT

257 20-11-2023, 10:19 cemiyyet / gundem

Məmur gəmi kapitanının 400 min manatını ələ keçirdi, sonra isə… - TƏFƏRRÜATAstara rayon Şahağaçı kəndinin sakini , gəmi kapitanı olan Mədətov Rəşad Ramiz oğlu Azinforum.az-a ünvanladığı şikayətdə bildirir ki, Astara rayon icra başçısının Şirakaran kəndi üzrə ərazi nümayəndəsi işləmiş – Əliyev Tofiq Həsən oğlu torpaq sahəsi almaq adı ilə ona 396 min 500 manat ziyan vurub. Bu əməlinə görə o, cinayət məsuliyyətinə cəlb edilərək, 8 il 6 ay cəzaya məhkum edilib və hazırda Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəsissəsində saxlanılır.

Maraqlıdır ki, bu qədər dəymiş ziyanın müqabilində Mədətov Rəşad Ramiz oğlu nə istintaq, nə də məhkəmə tərəfindən zərərçəkən kimi tanınmayıb. Məhz buna görə də Mədətov Rəşad Prezident İlham Əliyevə müraciət edib, ondan ölkə başçısı kimi bu işə ədalətli baxılmasına göstəriş verməsini xahiş edir. Qeyd edək ki, külli miqdarda zərər vurulan şəxs peşəkar dənizçidir, hazırda gəmi kapitanı kimi fəaliyyət göstərir.

Bu şikayətlə bağlı jurnalist Məhəmmədəli Qəriblinin çıxışını təqdim edirik:

Mənbə: Azinforum.az

XƏBƏR LENTİ