UKRAYNANIN GƏLƏCƏYİ İLƏ BAĞLI ÜÇ SSENARİ AÇIQLANDI - “Bayden 2024-cü ilin yazında danışıqlar təklif edə bilər”

271 22-11-2023, 13:39 siyaset

UKRAYNANIN GƏLƏCƏYİ İLƏ BAĞLI ÜÇ SSENARİ AÇIQLANDI - “Bayden 2024-cü ilin yazında danışıqlar təklif edə bilər”“Sülh müqaviləsi imzalandıqdan sonra hər iki tərəf beş ildən sonra baş verəcək növbəti müharibəyə intensiv surətdə hazırlaşmağa başlayırlar”

Ukrayna-Rusiya müharibəsinin hansı yöndə davam edəcəyi bütün dünyanın və o cümlədən beynəlxalq siyasi icmalçıların diqqət mərkəzindədir. Bu müharibə dünyada cərəyan edən hadisələrin dəyişklik dinamikasına uyğun olaraq analiz edilir və belə hesab olunur ki, Ukraynanın müharibədəki qələbəsi və ya uğursuzluğu Qərbin göstərəcəyi yardımlara bağlıdır. Bundan çıxış edilərək, müharibənin gedişi ilə əlaqədar müxtəlif ssenarilər irəli sürülür.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portalı “İllərlə sürəcək müharibə - Ukraynanın gələcəyi üçün üç ssenari” başlqlı məqaləsində müharibənin mümkün ssenariləri təhlil edilir. Həmin məqaləni təqdim edirik:

”Gələcək hadisələrin mümkün ssenariləri heç olmasa ümumi mənada başa düşülməldir. Yəqin ki, aşağıda sadalanacaq fikirlərin heç biri bəyənilməyəcək, amma bunu kimsə deməlidir. Beləliklə, hal-hazırda hadisələrin inkişaf ssenariləri aşağıdakı kimi görünür.

Biz hazırda nə bilirik?

1)Davam edən mövqe döyüşləri təmas xəttində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmır. Hərbi analitiklərin dəyərləndirmələrinə görə, hər bir tərəfin müdafiədəki imkanları digər tərəfin hücum imkanlarını üstələyir.

2)Hazırda Qərb Rusiyanın məğlubiyyət ssenarisini özü üçün məqbul saymır və Ukraynaya edilən silah tədarükünün keyfiyyət və kəmiyyət xüsusiyyəti də buna müvafiqdir.

3)Putin taqətdən salma strategiyasını seçib və bu baxımdan avtoritar Rusiyanın şansı demokratik müttəfiqlərindən asılı olan Ukraynadan daha böyükdür. Həmin müttəfiqlər isə seçiklərdən sonra öz mövqelərini dəyişə də bilərlər.

Beləliklə, Ukrayna üçün üç əsas ssenari bunlardır:

1.Taqətdən salma müharibəsinin davam etdirilməsi; Bu, ən pis ssenaridir və hələ ki, hər şey bu istiqamətdə gedir. Qərb ölkələri Ukraynaya verilən dəstəyi onun müharibəni davam etdirə bilməyəcəyi və Rusiyanın sülh şərtlərini qəbul etməyə məcbur olacağı səviyyəyə qədər azaldacaqlar. Hətta əgər siyasi dəstək indiki səviyyədə qalsa da, dünyada artacaq münaqişə ocaqları Ukraynaya olan diqqətləri yayındracaq və Qərbin silah tədarükü xeyli azalmağa başlayacaq. Heç kim Amerika və Avropa iqtisadiyyatlarını hərbi relsin üzərinə qoymayacaq (İstənilən halda Ukrayna özünü müasir silahlarla təchiz etmək imkanına malik deyil, amma bu istiqamətdə bütün lazımi addımlar atılmalıdır).
UKRAYNANIN GƏLƏCƏYİ İLƏ BAĞLI ÜÇ SSENARİ AÇIQLANDI - “Bayden 2024-cü ilin yazında danışıqlar təklif edə bilər”
Bu ssenari faktiki olaraq Ukraynanın məğlubiyyəti anlamına gəlir və iqtisadiyyatın dirçəldilməsinə heç bir şans yeri qoymur. Öz növbəsində bu, Rusiyanın da məğlubiyyətidir, lakin onlara müharibənin hər iki tərəf üçün məğlubiyyətlə bitməsi sərf edir.

Ukraynanın daxili siyasətində də problemlər mövcuddur, çünki bitmək bilməyən müharibə vəziyyətində seçiklər keçirilməsi mümkünsüzdür. Əgər seçki keçirilərsə, bu, hakimiyyətin ən pis şəkildə qorunub saxlanmasına yol açar. Belə olan təqdirdə Qərb Ukraynaya qeyri-demokratik ölkə kimi yanaşar, hətta ondan imtina edər və ya müharibə zamanı baş verə biləcək kütləvi etirazların neqativ nəticələri xeyli artar.

2. Müharibənin dondurulması; Bu ssenariyə əsasən Ukrayna təxminən indiki səviyyədə dəstəklənəcək ki, müharibə edən tərəflərdən heç kim məğlub olmasın. Qərb müttəfiqləri uğur qazanmağın mümkünsüzlyünü dilə gətirməklə və Ukraynanı münaqişənin dondurulması ilə əlaqədar danışqlara sövq etməklə yanaşı, Putinə də güclü təzyiq göstərirlər. Ola bilsin ki, 2024-cü ilin yazında və ya yayında Bayden danışıqların təşəbbüskarı kimi çıxış edəcək (o, seçkilərdə ya qalib kimi, ya da sülhməramlı kimi görünməlidir), amma danışıqları 2025-ci ilin yazında ABŞ-nin yeni prezidenti də istəyə bilər.
UKRAYNANIN GƏLƏCƏYİ İLƏ BAĞLI ÜÇ SSENARİ AÇIQLANDI - “Bayden 2024-cü ilin yazında danışıqlar təklif edə bilər”
Sülh müqaviləsi imzalandıqdan sonra hər iki tərəf (Ukrayna Qərbin, Rusiya Çinin köməyi ilə) beş ildən sonra baş verəcək (minimum 3 il, maksimum 7 il) növbəti müharibəyə intensiv surətdə hazırlaşmağa başlayırlar. Bağlanmış sülh sazişi hərbi vəziyyətin götürülməsinə gətirb çıxardığı üçün keçirilən demokratik seçkilərdə hərtərəfli modernləşdirmə kursunu təmsil edən yeni simalar qələbə qazanırlar. Zelenski müharibədəki məğlubiyyətlə assosiasiya edildiyi üçün siyasi səhnəni tərk edir (sülh dövründə demokratik seçki keçirməkdən imtina edilməsi onu daha pis vəziyyətdə qoya bilər).

Yeni müharibəyə hazırlıq zamanı Rusiyanın 2022-ci ilin səhvlərini öyrənmək imkanı varsa, Ukraynanın da öz ordusunu əhəmiyyətli dərəcədə modernləşdirmək imkanı var.

Bu ssenarinin ən yaxşı variantında Ukrayna o dərəcədə yaxşı modernləşir ki, Rusiya ona hücum etməkdən qorxur. Ən pis ssenaridə isə Ukrayna müharibəyə çox zəif hazırlaşacaq, ikinci işğalda tam məğlubiyyətlə üzləşəcək və hər şey rusyönümlü rejimin qurulması ilə nəticələnəcək (Birinci və İkinci Çeçen Mühariibəsinə baxmaq lazımdır).

3.Qələbə ssenarisi; Bu ssenariyə görə Ukrayna öz müttəfiqlərini Rusiyanın məğlubiyyətə uğradılmasının mümkün olduğuna inandıra bilir. Belə olan halda yardımlar kəskin artır və nəticədə uğurlu yaz-yay əks-hücum əməliyyatı keçirilməsinə, cənubun və Krımın azad edilməsinə, cəbhə xəttinin xeyli daralmasına nail olunur. Həmçinin, daha münasib vaxta kimi şərqin işğal olunmuş hissəsindəki vəziyyət dondurulur və ukraynalıların irəli sürdüyü şərtlərlə yeni danışıqlar formatı meydana gəlir. Sülh sazişi imzalandıqdan sonra Ukrayna NATO-ya daxil olur və iqtisadiyyatın modernləşdirilməsi və dirçəldilməsi üçün xeyli pul alır.
Qalib gəlmiş Ukrayna dünyanın diqqətini müxtəlif aspektlərdən özünə cəlb edir. İqtisadi inkişaf baxımından vəziyyətin təhlükəsiz hala gəlməsi və dənizlərin blokadasının qaldırılması ixrac üçün əlverişli şərait yaradır. Zelenski müharibədə qalib gəldiyindən demokratik seçkiləri asanlıqla qazanır.

Rusiyanın tarixində həmişə hərbi məğlubiyyətlərdən sonra baş verdiyi kimi, siyasi dəyişkliklərə aparan bütün faktorların hamısı bir yerə yığılmağa başlayır. Bu dəyişikliklər(federallaşmanın yumşaq formatda pozulması və ya müstəmləkəçilikdən qopma hallarının sərt təzahürü şəklndə baş verir) səbəbindən Rusiyanın növbəti təcavüzü mümkünsüz olur. Lakin qələbə ssenarisi daha az ehtimal olunur... Eyni zamanda bu ssenari hakim siyasi komandanın yaşamasını təmin edən yeganə haldır və həm də yaxşı haldır ki, cəmiyyətin və siyasi elitanın maraqları bu məsələdə üst-üstə düşür.
UKRAYNANIN GƏLƏCƏYİ İLƏ BAĞLI ÜÇ SSENARİ AÇIQLANDI - “Bayden 2024-cü ilin yazında danışıqlar təklif edə bilər”
Sonda iki yekun qeyd:

Birincisi, həmişə “qara qu quşları” və ya “boz kərgədanlar” peyda ola bilər. Məsələn, Putin ölə bilər. Bu məlumatın mümkün gizlədilməsi müddəti isə varisin müəyyənləşdirilməsi və hakimiyyətin möhkəmləndirilməsi üçün tələb olunan vaxtdan xeyli qısadır. Amma bu cür hadisələrə ümid bəsləmək mənasızdır.

İkincisi, Tramp ekssentrik və tamamilə gözlənilməz xarakterli şəxsdir. Bu baxımdan onun hansısa faktorlara görə birdən-birə Ukraynanı maksimum səviyyədə dəstəkləyəcəyi şansı sıfır deyil. Lakin buna da ümid etmək mənasızdır.

Onu qeyd etmək gərkdir ki, ən yaxşı sseanrilərin baş tutması mümkündür. Lakin onlara sadəcə inanmaq kifayət etmir, onları həyata keçirmək də lazımdır”.

V. Nəsibov

“AzPolitika.info”

XƏBƏR LENTİ