Kürdəmirdə gənc oğlan intihar edib

196 28-11-2023, 09:41 hadise

Kürdəmirdə gənc oğlan intihar edib
Kürdəmirdə 24 yaşlı gənc oğlan intihar edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Xəyal Fətəli oğlu özünü yaşadığı evdə kəndirlə asıb.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ