Gələn il NATO - Rusiya müharibəsi olaсaq? – Peskovdan açıqlama

75 15-01-2024, 16:11 dunya

Gələn il NATO - Rusiya müharibəsi olaсaq? – Peskovdan açıqlamaKremlin sözçüsü Dmitri Peskov Almaniyanın "Bild" qəzetində gələn il Rusiya-NATO müharibəsinin başlayaсağı ilə bağlı dəsr olunan məqaləni şərh etməkdən imtina edib.

"Bild”-in məqalələrini şərh etməkdən çəkinərdim, çünki son vaxtlar həmin nəşr dezinformasiya dərc etməkdən çəkinmir", - Peskov bildirib.

“Bild” Almaniya Silahlı Qüvvələrinin məxfi sənədlərinə əsaslanaraq yazıb ki, Bundesver 2025-ci ilin yayında NATO ilə Rusiya arasında müharibə ehtimalını istisna etmir. Alman hərbçilərinin təhlilinə görə, 2024-cü ilin payızında Rusiya Kalininqrad vilayətinə əlavə qoşunlar və uzaqmənzilli raketlər yerləşdirdirsə, vəziyyət daha da pisləşə bilər.
“2025-ci ildə NATO-nun şərq qanadında sərhəd münaqişələri baş verə bilər, bundan sonra alyans bu regionda 300 minə yaxın hərbçi yerləşdirəcək”, - “Bild” məxfi sənədlərə istinadən yazır.

Almaniyanın Müdafiə Nazirliyi də bu məlumatı şərh etməkdən imtina edib.

“AzPolitika.info”

XƏBƏR LENTİ