“Kiyev sülh konfransı təşkil etməyi xahiş edib” - İsveçrə Prezidenti

71 16-01-2024, 09:34 dunya

“Kiyev sülh konfransı təşkil etməyi xahiş edib” - İsveçrə PrezidentiUkrayna prezidenti Volodimir Zelenski İsveçrədən yüksək səviyyəli sülh konfransı təşkil etməyi xahiş edib.

“Report” xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd deyib.

Rəsmi Bernin bu istəyə müsbət cavab verdiyi bildirilib. Amherd Berndə səfərdə olan ukraynalı həmkarı ilə birgə mətbuat konfransında deyib: “Cənab Zelenski İsveçrədən yüksək səviyyəli sülh sammiti təşkil etməyi xahiş edib və mən konfrans təşkil etməyə hazır olduğumuzu təsdiqlədim”.

O qeyd edib ki, konfransın təşkili ilə bağlı detallar sülh prosesinin uğurlu olması üçün dərindən öyrəniləcək.

XƏBƏR LENTİ