“ABŞ Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün nüvə bombasından istifadə edəcək” – Keçmiş CİA əməkdaşı

73 17-01-2024, 11:27 dunya

“ABŞ Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün nüvə bombasından istifadə edəcək” – Keçmiş CİA əməkdaşıABŞ-nin keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşı Reymond MakGovern qonaq oludğu “Dialogue Works” adlı “YouTube” kanalının efirində maraqlı bir iddia ilə çıxış edib.

Xeberdar.net məlumat verir ki, o, Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün ABŞ-nin Ukrayna ərazisində mini nüvə bombasından istifadə edəcəyini bildirib.

“Vaşinqtonda insanlar bir az dəlidirlər. Putinin özü də onları belə təsvir edir. Vaşinqton rəsmiləri müharibədə və seçkidə məğlub olmamaq, həmçinin azadlıqlarını itirməmək, həbsxanaya düşməmək kimi şəxsi maraqlarını nəzərə alaraq nələrə müraciət edə bilərlər? Mən çox qorxuram ki, onlar mini nüvə bombalarına əl atacaqlar. Siz bu bombaların gücünü bilirsiniz. Bu, Xirosimaya atdığımız bombanın onda biri qədərdir”, - deyə o bildirib.

Ukrayna Silahlı Qüvvələrinin tezliklə məğlub olacağı təqdirdə ABŞ prezidenti Co Bayden üçün pis vəziyyətin yarana biləcəyini vurğulayan MakQovern, ABŞ liderinin prezident seçkilərində məğlub ola biləcəyini, daha sonra isə oğlu Hunterlə bağlı qalmaqala görə mühakimə olunacağını iddia edib.

XƏBƏR LENTİ