RUSİYA ERMƏNİSTANA SİLAH GÖNDƏRMƏYƏ BAŞLAYIB – “Yeni müqavilə yoxdur, borcun əvəzini qaytarır...”

130 17-01-2024, 14:15 cemiyyet / dunya

RUSİYA ERMƏNİSTANA SİLAH GÖNDƏRMƏYƏ BAŞLAYIB – “Yeni müqavilə yoxdur, borcun əvəzini qaytarır...”“Rusiya silahlarının bir partiyasını bu yaxınlarda almışıq, onlar artıq Ermənistandadır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə komitəsinin üzvü Qaqik Melkonyan yerli mətbuata bildirib.

Melkonyanın dəqiq hansı silahlardan söhbət getdiyindən xəbərsiz olduğunu deyib. O, əlavə edib ki, bu silah partiyası daha əvvəl Rusiya ilə imzalanmış müqavilə çərçivəsində Ermənistana çatdırılıb.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti, o cümlədən Baş nazir Paşinyan mütəmadi olaraq strateji müttəfiq olan Rusiyanın pulu ödənmiş silahları tədarük etməməsindən şikayət edirdilər. İddia olunurdu ki, bu silahlar üçün yüz milyonlarla dollar pul ödənilib.

Parlamentin Müdafiə komitəsinin sədri Andranik Köçəryan da Rusiyanın Ermənistana silah tədarük etməyə başladığını təsdiqləyib. “Onlar, bəli, nəsə verirlər, imzalanan müqavilələrin həcmi və logistika hərəkəti baxımından gözlədiyimiz həcmdə deyil, amma əminəm ki, zaman keçdikcə həll olunacaq”, - o qeyd edib.

Baş nazir Paşinyan sonuncu dəfə ötən ilin noyabrında Rusiyanın silah tədarükü öhdəliyini yerinə yetirməməsi barədə danışıb. O bildirib ki, problemin həlli üçün müzakirələr gedir. Nikol Paşinyanın açıqlamasından həftələr sonra, dekabrda Rusiyanın Ermənistandakı səfiri İrəvanla yeni hərbi-texniki əməkdaşlıq müqavilələrinin müzakirə edildiyini açıqlayıb. Səfir söhbətin yeni silah tədarükü sazişinin bağlanmasından, yoxsa əvvəllər əldə edilmiş razılaşmalardan getdiyi barədə ətraflı məlumat verməyib.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə ötən gün yerli mətbuata bildirib ki, Rusiya tərəfi ilə danışıqlar tədarük olunmayan silahlarla bağlı gedir və heç bir yeni saziş imzalanmır: “2021-ci ilə qədər Ermənistanın Rusiya ilə bir çox müqavilələri var idi, onlar müqavilə öhdəliklərini yerinə yetirmədilər. O müqavilələr üzrə danışıqlar aparılır, mövcud müqavilələr, çərçivələr yenilənir, biz yenidən danışıqlar aparırıq”.

Müharibə edən Rusiyanın qismən silah tədarükünə hansı razılaşmalar nəticəsində başladığı bəlli deyil. Nə dəyişdi, bu sırf siyasi qərar idi, ya yox?

Parlamentin müxalif “Mənim namusum var” fraksiyasının katibi Tiqran Abramyanın sözlərinə görə, Rusiyanın silah təchizatı problemi əsasən Ukrayna müharibəsi ilə bağlıdır. Deputat vurğulayıb ki, Rusiyanın Ermənistandan başqa da öz öhdəliklərini yerinə yetirmədiyi ölkələr var. “Düşünürəm ki, əsas problem onunla bağlıdır ki, Ermənistana lazım olan və sifariş verdiyi əsas vasitələr, texnikalar Ukrayna cəbhəsində çox təsirli və effektiv vasitələr idi”.

“Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları bu gün intensiv şəkildə davam edir, necə oldu ki, bu gün Moskva artıq Ermənistanı silahla təchiz etmək iqtidarındadır” sualına Tiqran Abramyan belə cavab verib: "Rusiya Ukrayna müharibəsindən bəri məhsuldarlığı əhəmiyyətli dərəcədə artırıb, hazırda əsas hərbi sənaye şirkətləri intensiv şəkildə istehsal həcmini 2-3 dəfə yüksəlib. İkincisi, hazırda konkret hansı silahların çatdırılmasının ön planda olması əhəmiyyətlidir. İndi müxtəlif təyinatlı raketlərin tədarükü daha çox əhəmiyyət daşıyır. İndi Rusiya onların vasitəsi ilə Ukrayna cəbhəsində kifayət qədər böyük problemlərini həll edir”.

Tiqran Abramyanın deyir ki, bu gün Rusiya hərbi sənayesinin istehsal etdiyi çoxlu sayda vasitələr var və onlar Ermənistan üçün müdafiə və döyüş tapşırıqları baxımından əhəmiyyətlidir, bu silahlar regionda hərbi tarazlığın təmin edilməsində mühüm rol oynaya bilər.

“İlk növbədə, söhbət radioelektron müharibədən, hava hücumundan müdafiə, tank əleyhinə vasitələrdən gedir, yəni bunlar havadan gələn təhlükələrin qarşısını almaq baxımından çox vacib olan sistemlərdir”, o qeyd edib.

XƏBƏR LENTİ