Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub - Tanınmış yazıçı saxlanılıb

64 23-01-2024, 15:13 dunya

Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub - Tanınmış yazıçı saxlanılıbGürcüstanın paytaxtı Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub.

Xeberdar.net “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, buna səbəb şəhər sakini Marina Xatiaşvilinin krediti ödəmədiyi üçün ailəsi ilə birlikdə zorla evdən çıxarılması olub.

Polis bir neçə vətəndaşı saxlayıb. Onların arasında ölkənin tanınmış yazıçısı və fəalı İrakli Kakabadze də var.

Daxili İşlər Nazirliyi hələ ki məsələyə münasibət bildirməyib.

XƏBƏR LENTİ