“Son 40 ildə Yaxın Şərqi bu qədər qarışıq vəziyyətdə görməmişdim” – Uilyam Börns

68 31-01-2024, 11:08 dunya

“Son 40 ildə Yaxın Şərqi bu qədər qarışıq vəziyyətdə görməmişdim” – Uilyam BörnsSon 40 ildə Yaxın Şərqi bu qədər qarışıq və “partlamağa” hazır bir vəziyyətdə görməmişdim.

"Xeberdar.net" məlumat verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börns “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində bildirib.

“Son 40 ilimin böyük hissəsini Yaxın Şərqdə və ya bu bölgədə keçirmişəm. İlk dəfədir Yaxın Şərqdə belə bir mürəkkəb vəziyyətin hökm sürdüyünün şahidi oluram. Düşünürəm ki, İsrailin və regionun təhlükəsizliyinin həlli üçün İranın öhdəsindən gəlmək vacibdir. İran rejimi hazırkı böhranda güclənib və son regional uzantısına qədər mübarizə aparmağa hazır görünür”,-deyə o bildirib.

XƏBƏR LENTİ