Asiya ölkələrinin Rusiyanın taxta-şalban ixracında payı 98%-ə çatıb – Çin birinci yerdədir

107 2-02-2024, 15:34 dunya

Asiya ölkələrinin Rusiyanın taxta-şalban ixracında payı 98%-ə çatıb – Çin birinci yerdədirAsiya ölkələrinin Rusiyanın taxta-şalban ixracında payı 98%-ə çatıb. 2023-cü ildə ölkənin ümumi taxta-şalban ixracı 10% azalıb.

Xeberdar.net “Marja.az”-a istinadla xəbər verir ki, bu barədə “Roslesinforq” (Roslesxozun meşə təsərrüfatının uçotu agentliyi) məlumat yayıb. “Rusiyadan taxta-şalban ixracının həcmində Asiya ölkələrinin payı ilk dəfə olaraq 98%-ə çatıb. 2021-ci ildə bu rəqəm 76%-i ötmürdü. 2023-cü ildə Rusiyadan taxta-şalban ixracının həcmi 20,7 milyon kubmetr təşkil edib, bu, 2022-ci illə müqayisədə 10% azdır. Rusiyanın taxta-şalban ixracatçıları Avropa satış bazarlarını tez bir zamanda Asiya bazarları ilə əvəz edə bildilər, indi onların ölkənin ixrac strukturunda payı 98%-ə çatıb, halbuki ötən il bu, təxminən 87% təşkil edib”, - deyə məlumatda bildirilir.

Əsas tərəfdaş olaraq 2023-cü ildə təxminən 13 milyon kubmetr taxta-şalban ixrac edilən Çin qalıb. Bu rəqəm 2022-ci il səviyyəsində olub.

Sonrakı yerdə Özbəkistan gəlir - 2 milyon kubmetrdən çox - artım 8% təşkil edib, Qazaxıstan ilk üçlüyü bağlayır - 926 min kubmetr. Bu da 2022-ci illə müqayisədə 17% çoxdur. İlk on idxalçıya Azərbaycan (516 min kubmetr), Tacikistan (482 min kubmetr), Qırğızıstan (417 min kubmetr), İran (392 min kubmetr), Cənubi Koreya (340 min kubmetr), Yaponiya (337 min kubmetr) və Honq Konq (283 min kubmetr) daxildir. Ümumilikdə, 2023-cü ildə Rusiya 51 ölkəyə taxta-şalban ixrac edib.

2022-ci ildə Rusiyanın taxta-şalban ixracının həcmi 23 milyon kubmetr təşkil etmişdi. Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna Çin, Özbəkistan, Finlandiya, Qazaxıstan, Azərbaycan, Estoniya, Belarusiya, Sinqapur, Tacikistan və Honq Konq daxil idi.

2023-cü ildə Rusiyanın Türkiyəyə taxta-şalban satışı 2,3 dəfə artaraq 254 min kubmetr təşkil edib. Satış Qırğızıstana 36%, Koreyaya 28%, Misirə 18%, Qazaxıstana 17%, BƏƏ-yə 11% artıb. Bundan əlavə, Rusiyadan Livan, Vyetnam, Əfqanıstan, Gürcüstan, Ermənistan, İsrail, Tunis və Hindistana taxta-şalban tədarükü artıb.

Xeberdar.net

XƏBƏR LENTİ