Rusiya bu ölkədən banan almayacaq

62 4-02-2024, 14:51 dunya

Rusiya bu ölkədən banan almayacaqRusiya Ekvadordan banan idxalını məhdudlaşdırır.

Xeberdar.net-in məlumatına görə,bu barədə “Rosselxoznadzor”dan məlumat verilib.

Məlumata görə, “Rosselxoznadzor” göndərilmək üçün hazırlanmış partiyada bütün Avrasiya İqtisadi İttifaqında karantin siyahısında olan təhlükəli donqar milçək zərərvericisi aşkar edib.

Artıq fevralın 5-dən Rusiyada 5 şirkətin məhsullarına qadağa qoyulacaq. Fevralın 9-dan isə Ekvador Rusiyaya təkcə bitkilərə deyil, hətta torpağa da yoluxan həşəratlara görə qərənfil tədarük edə bilməyəcək.

Qeyd edək ki, Ekvador ölkəsinin köhnə rus texnikasını ABŞ-a vermişdi. Rusiya Xarici İşlər Nazirliyi Ekvadorun bu addımına etiraz etsə də, Prezident Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini və Moskvanın mövqeyinə baxmayaraq, bunu edəcəyini bildirmişdi.

XƏBƏR LENTİ