Türkiyə ordusu 5 PKK-çını məhv etdi

64 4-02-2024, 14:53 dunya

İraqın şimalında Hakurk və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib.

Xeberdar.net-in məlumatına görə,bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Harada olursa-olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.Türkiyə ordusu 5 PKK-çını məhv etdi

XƏBƏR LENTİ