Türkiyənin Qabar bölgəsindəki neft quyularında gündəlik hasilat hazırda 35 min barreli ötüb. İlin sonunadək bu rəqəmin 100 min barrelə çatdırılması hədəflənir.
Xeberdar.net-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda çıxışı zamanı deyib.
Ötən ilin ortalarından etibarən hər bir ailəyə ayda 25 kubmetr təbii qazın ödənişsiz verildiyini deyən Ərdoğan bunun 2024-cü ilin aprel ayınadək davam etdirəcəklərini, beləliklə ölkə əhalisinə ümumilikdə 87 milyard Türk lirəsi məbləğində dəstək göstəriləcəyini bildirib.