"Qızılcanın xüsusi müalicə üsulu yoxdur" - Həkim valideynin ən böyük səhvindən DANIŞDI

66 10-02-2024, 20:07 cemiyyet

"Qızılcanın xüsusi müalicə üsulu yoxdur" - Həkim valideynin ən böyük səhvindən DANIŞDIQış mövsümü ilə əlaqədar uşaqlar arasında bir çox infeksiyalar yayılıb. Xüsusən də, qızılcanın artması və bu xəstəlikdən ölən uşaqların olması, bu problemi daha da aktuallaşdırır.

Bəs uşaqları bu xəstəliklərdən necə qorumaq olar?

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-pediatr Fəridə Məmmədova bildirib ki, virus infeksiyalarının uşaqlar arasında geniş yayılmasının səbəbi, onlarda immunitet sisteminin tam formalaşmamasıdır.

“Bu viruslar eyni simptomlarla başlayan müxtəlif xəstəlikləri yarada bilir. Qızılca isə ən çox məktəb və bağçalarda uşaqların bir-biri ilə yaxın təmasda olması ilə əlaqəlidir. Bu xəstəliyin xüsusi müalicə üsulu yoxdur. Xəstəliyə yoluxmazdan əvvəl qızılca peyvəndini etdirmək çox önəmlidir”.

Həkim diqqətə çatdırıb ki, valideynlərin etdiyi ən böyük səhvlərdən biri həkimə müraciət etmədən qripə qarşı dərmanlardan istifadə etmələridir.

“Çünki valideynlər hansı dərmanın övladlarının xəstəliyinə müsbət təsir edəcəyini bilə bilməzlər. Həmçinin, uşaqlarda 38 dərəcə qızdırma olana qədər heç bir dərman preparatından istifadə olunmamalıdır. Uşaqları tərlətmək və spirtlə silmək yolu ilə qızdırmanı aşağı salmağa çalışmaq düzgün deyil. Çünki edilən bu yanlışlar qızdırmanı daha da yüksəldir. İstifadə etdiyimiz dərmanlar arasında ən çox yan təsirləri olan antibiotiklərdir. Ona görə bu dərmanlar öz dozasında istifadə olunmalıdır”.

XƏBƏR LENTİ