Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən iki Ermənistan hərbçisini məhv edib

98 13-02-2024, 09:47 cemiyyet

Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən iki Ermənistan hərbçisini məhv edibErmənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

Xeberdar.net məlumat verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yaralıların olduğu da bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

XƏBƏR LENTİ